Dünya futbolu
Argentina millisinin üzvü ABŞ klubunda
“Boka Xuniors”un və Argentina millisinin yarımmüdaf…
“Boka Xuniors”un və Argentina millisinin yarımmüdafiəçisi Kristian Pavon karyerasını MLS-də davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ABŞ-ın “Los Anceles Qalaksi” klubuna keçib.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Pavon, 2019-cu ilin sonuna kimi icarə əsasında “Los Anceles Qalaksi”də çıxış edəcək.
2014-cü ildən “Boka Xuniors”da çıxış edən Pavon, 11 dəfə formasını geyindiyi Argentina millisində 2 qol vurub. Kristian üçqar Argentina çempionudu.