Dünya futbolu
Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”
Türkiyənin “Başakşəhər” klubu futbolçular…
Türkiyənin “Başakşəhər” klubu futbolçuları Mərt Günok və Mahmut Təkdəmirlə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, qapıçı Günokla 4 illik, yarımmüdafiəçi Təkdəmirlə isə 5 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mərt 2017-ci ildən, Təkdəmir isə 2008-ci ildən “Başakşəhər” forması geyinir. Hər iki oyunçu Türkiyə milli komandasına da dəvət alır.