Dünya futbolu
Eltun Turabov “Skenderbeu” üzərində qələbəyə sevindi
Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunl…
Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Skenderbeu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov sonadək mübarizə aparıb.
İlk qələbəsini qazanan “Biliş” 3 turdan sonra 4 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Albaniya klubu Turabovu bu yay "Sabah"dan icarəyə götürüb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”