Milli komanda
“Azərbaycana Xorvatiyanın necə komanda olduğunu göstərməliyik”
AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqibi o…
AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının üzvü Deyan Lovren qarşıdakı oyunlar barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, "Liverpu"lun müdafiəçisi "Sportske Novosti"yə açıqlamasında iddialı fikirlər səsləndirib. O, finala çıxdıqları son dünya çempionatındakı kimi oynamaq lazım olduğunu bildirib:
"İndi dünya çempionatındakı komanda kimi olmalıyıq. Avropa çempionatında olmaq istəyiriksə, Slovakiya və Azərbaycanda Xorvatiyanın kim və necə komanda olduğunu göstərməliyik. Meydanda hansı futbolçunun oynayacağı mənə maraqlı deyil, ən yaxşı formada olan futbolçu meydana çıxacaq. Rusiyadakı dünya çempionatında olduğu kimi hamımız birgə nəfəs almalıyıq".
Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 6-da Slovakiya, 9-da isə yığmamızın qonağı olacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı