Premyer-liqa
Premyer Liqada yeni rekordçu
İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsind…
İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Mançester Siti”nin “Everton”a 3:1 hesabıyla qalib gəldiyi oyun David Silva üçün əlamətdar olub.
Futbolinfo.az “Mançester Siti”nin rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər”in kapitanı klubun heyətində 200-cü Premyer Liqa qələbəsinə sevinib. Keçirdiyi 289 oyunda 200 qələbəyə sevinən ispan futbolçu, 300-dən az qarşılaşmada buna nail olan ilk futbolçudu.
2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyan 33 yaşlı futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.