Ölkə futbolu
Hakimlər oyun protokollarını səhv doldurdu, İK qərarlarını dəyişdi
AFFA-nın İntizam Komitəsi oktyabrın 1-də baş tutan iclasında U-…
AFFA-nın İntizam Komitəsi oktyabrın 1-də baş tutan iclasında U-14 Liqasının “Səbail” – “Məqsəd Kursları” FK və U-13 Liqasının “Neftçi İK İB” – “Vətən RİOEUGFM” qarşılaşmaları haqqında qərarlar çıxarmışdı.
Lakin komitəyə sonradan daxil olan məlumatlar, həmçinin AFFA-nın Hakimlər Komitəsinin rəsmi müraciətindən sonra hakimlərin oyunların protokollarını düzgün doldurmadığı məlum olub.
Buna görə də İntizam Komitəsi hər iki oyunla bağlı aşağıdakı qərarları qəbul edib:
“Səbail” – “Məqsəd Kursları” FK matçının 62-ci dəqiqəsində “Səbail”in futbolçusu Səfər Sadiqzadəyə sonuncu ümid fouluna görə göstərilən qırmız vərəqə ləğv olunub. Həmin oyunda göstərilmiş qırmızı vərəqə digər futbolçu Nizaməddin Balayevə şamil olunub.
“Neftçi İK İB” – “Vətən RİOEUGFM” matçının 48-ci dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Nihad Şahhüseynliyə ikinci sarı vərəqəyə görə göstərilən qırmızı vərəqə ləğv olunub. Həmin oyunda göstərilmiş qırmızı vərəqə digər futbolçu Nəsir Nəsirliyə şamil olunub.
sirinevler escort esenyurt escort bakirkoy escort findikzade escort sirinevler escort