Dünya futbolu
Çinli futbolçu Avroliqanın tarixinə düşdü
İspaniyanın “Espanyol” klubu Avropa Liqasının qrup mə…
İspaniyanın “Espanyol” klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Moskva ÇSKA-sını məğlub edib.
Futbolinfo.az xəbər verir ki, 2:0 hesabıyla bitən matç “Espanyol”un futbolçusu Vu Ley üçün əlamətdar olub.
Belə ki, qarşılaşmada komandasının ilk topunu vuran hücumçu, avrokuboklar tarixində qol vuran ilk çinli futbolçu olub.
Ley, 2019-cu ilin yanvarında “Espanyol”a transfer olunub.