Dünya futbolu
AFFA İmişli stadionuna pul ayırmayıb
İmişli stadionunun bərbad vəziyyətdə olması, arenanın adı yaz…
İmişli stadionunun bərbad vəziyyətdə olması, arenanın adı yazılan lövhənin götürülməsi təsadüf deyil. İdman qurğusu acınacaqlı vəziyyətdə olduğu üçün belə addım atılıb.
Və hələlik arenanın təmiri üçün heç bir iş görülmür. İmişlinin futbol komandası olmadığından rəhbərlik istifadəsiz qalan stadiona xərc çəkmək istəmir.
Əldə etdiyimiz məlumata görə, bir müddət əvvəl arenaya əl gəzdirilməsi üçün müəyyən vəsait ayrılıb, lakin stadion rəhbərliyi maliyyəni dağıdıb, heç bir iş görməyib. Əslində, həmin məbləğ çox az olduğundan hansısa ciddi iş görmək də mümkün deyilmiş.
Bakıda “Zirə”nin, “Səbail”in ev sahibi olduğu qurğularda qazonu dəyişən, “Keşlə” üçün eyni işi görməyə hazırlaşan AFFA isə bölgələri unudub. Belə ki, assosiasiya tərəfindən imişlililərə hər hansı yardım edilməyib. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da təsdiq etdi: “Stadion AFFA-nın balansında deyil. Bu səbəbdən biz hər hansı vəsait ayırmamışıq. Yalnız uşaq liqalarının oyunları keçirilərkən həmin çempionata görə müəyyən icarə haqqı ödəmişik”.
Lakin stadionun balansda olmaması AFFA-ya bəhanə verməməlidi. Ona qalsa, Zirə qəsəbə stadionu da assosiasiyaya aid deyil, amma burada qazon dəyişdirildi. UEFA-dan sırf bu məqsədlə ayrılan pulları bəzən bölgə stadionlarına da yönəltmək lazımdı. Hətta vacibdi…
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”