Bizi izləyin

Müsahibə

Samir Abasov: “Dava edib, söyüş söyürdümsə, niyə “Zirə”yə gəlirdilər?”

“Zirə”nin baş məşqçi postunu tərk edən Samir …

blank

“Zirə”nin baş məşqçi postunu tərk edən Samir Abasov “Report”a müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, o, istefası ilə bağlı öncə bunları söyləyib:

– Bu məsələ ilə bağlı danışılası bir şey yoxdur. Klubun rəsmi saytında hər şey elan olunub. “Zirə” öz mövqeyini bildirib. Bu, olan bir şeydir. Görüşüb, danışmışıq və sonra razılığa gəldik ki, işdən çıxım. Bu söhbət bu gün baş verib. Rəhbərliklə görüşdük və danışdıq. Heç bir təzminat söhbəti olmadan ayrıldım.

– Sizin futbolçularla kommunikasiya probleminizin olduğu, onlarla dil tapa bilmədiyiniz deyilir. Bu məqamın “Zirə”də duruş gətirə bilməməyinizə səbəb kimi göstərilməsi nə dərəcədə düzgündür?
– Son illər ərzində bunu neçənci dəfə eşidirsiniz? Sayı-hesabı itib, düzdürmü? Ancaq hər mövsüm ərəfəsində futbolçular komandada məmnuniyyətlə qalır və yeniləri gəlirlər. Kommunikasiya problemi varsa, niyə mənimlə işləməyə razı olurlar? Əlbəttə, belə şey yoxdur. Xatırlayırsınızsa, Bilal Həmdi ilə də aramda problemin olduğu deyilirdi. Onun “WhatsApp”da yazdığı sözləri sizə göndərərəm, nəyin necə olduğunu görərsiniz. Bu il ən yaxşılardan sayılan 4-5 azərbaycanlı futbolçu götürmüşdüm. Belə söhbətlər həqiqət idisə, dava edib, söyüş söyürdümsə, niyə “Zirə”yə gəlirdilər? Məgər onlar şəxsiyyət deyillər? Nə oldu, mənə çatanda 20-25 oyunçunun heç birinin şəxsiyyəti olmadı ki, çıxıb “tüpürüm belə yaşayışa” deyib, getsin? Bu deyilənlərdə məntiq varmı?

– Bunlar, sadəcə, iddialardır. Sizin fikrinizi bilmək istəyirdik…
– Hamısı boş söhbətlər idi. Komandada futbolçularla münasibət əla idi.

– Bəs nəticələrin uğursuz olmasının səbəbi nədir?
– Maya hələ nə qədər qalıb? 7 ay. İkinci yerlə aramızda cəmi 3 xallıq fərq var. Sonucu sıradakı “Sabah”ın da 5 xalı var. Kim bu komandaya deyə bilər ki, nəticələrin uğursuzdur? Hələ mövsümün başa çatmasına çox var. Komandaların arasındakı xal fərqi isə cüzidir. Rəhbərliklə görüşüb, komanda naminə belə bir qərar qəbul etdik. Onları da çox gözəl başa düşürəm: ciblərindən milyonlar xərcləyirlər və bəhrəsini görmək istəyirlər. İlin sonunda yenə yer tutmaq təhlükəsi, inamsızlıq olduğuna görə söhbət etdik və qərara gəldik ki, qarşılıqlı razılaşma əsasında yollarımızı ayıraq. Vəssalam!

– Deyəsən, digər klublarda olduğu kimi, “Zirə”də də baş məşqçiyə inamsızlıq var, vaxt vermirlər…
– Mən başqa klub adı çəkmədim. Sadəcə, misal çəkirəm ki, “Sabah” və “Sumqayıt”ın mövsümün sonunda neçənci olacağı bəlli deyil. Məşqçilərə yetərincə vaxt verilməməsinə gəlincə, buna mən nə edə bilərəm ki?! Qərarı rəhbər şəxslər verir. Əsas odur ki, bir-birimizi başa düşdük. Onlar gələcəyə baxırlar. Ümidsizlik varsa, qarşısını indidən bu şəkildə almağı uyğun saydıq. Komanda naminə çıxış yolunu bunda gördük.

– Rəhbərliyi özünüzün yığdığınız komanda ilə uğur qazana biləcəyinizə inandıra bilməzdiniz?
– İnandırmaq deyəndə ki, hər şey fərqli də ola bilərdi. Məsələn, “Qəbələ”ni udsaydıq, 10 xalımız olacaqdı. Həm də mövsümün sonunda necə olacağını da demək mümkün deyil. Rəhbərliyin də qeyri-stabil oynamağımız və digər arqumentləri doğrudur. Bunların fonunda bəraət üçün dediklərimiz təsdiqini tapmadı. Yəni onları qane etmədi.

– Sizinlə görüşdə rəhbərlikdən kim təmsil olunurdu: Fəxri prezident Orxan Məmmədov orada idi?
– Rəhbər şəxslərlə görüşdük. Fəxri prezidentlə də söhbət etmişdim.

– Məmmədovun “Zirə” ilə bağlı planları necədir: yerli, yoxsa xarici mütəxəssisə güvənmək istəyir?
– O, müsahibəsində həmişə yerli mütəxəssislərə güvənəcəyini söyləyib. Ancaq hökmən belə olacağını demək mümkünsüzdür. Ümumiyyətlə, mən bununla bağlı ondan nə soruşa bilərəm? İndiyədək neçə-neçə klubumuz əldən çıxıb, bu gün peşmançılığın çəkirik. Orxan Məmmədov da öz cibindən pul xərcləyən şəxsdir, ona dəstək verməlisiniz. Rəhbərlik sponsorlar tapır, onların da qarşısında nəsə demək lazımdır. Nəticə istəyirlər. Mən bütün bunları çox yaxşı başa düşürəm. Haqsız bir şey olmayıb. Normal, sivil şəkildə ayrılmışıq. “Zirə” yer tutmaq, Avropa Liqasına düşmək istəyir.

– Aranızda təzminat söhbəti oldu?
– Xeyr. Azərbaycanda belə bir şey yoxdur axı… Təzminata iddia da etmirəm, heç tələbim də yoxdur. Bu məsələni dilimə belə gətirmərəm.

– Əvvəlki klubunuza- “Sumqayıt”a qayıtmaq fikriniz yoxdu?
– Belə bir söhbət yoxdur. Ümumiyyətlə, “Sumqayıt”a qayıtmaq istəmirəm, fikrim də yoxdur. Bu gün onu düşünmürəm. Sərt şəkildə cavab vermək də istəmirəm ki, belə bir şey olmayacaq. Sabahı da, “Sumqayıt”ın mövqeyini də bilmək olmaz. Sadəcə, bu gün üçün bu komanda haqqında ümumiyyətlə düşünmürəm. Buna heç bir şübhə olmasın. İstər dil, istərsə də məşq baxımından. Şübhə ona olunmalıdır ki, ölkə xaricindən təklif olacaqmı? Ölkə xaricində niyə azərbaycanlı məşqçini götürsünlər? Hansı şərtlə və nəyə görə? Belə söz-söhbətlərin hamısı boşdur.

Reklam

Reklam


blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Digər idman növləri2024-05-07 12:46

Yarımfinal mərhələsi başlayır

blank
Digər idman növləri2024-05-07 12:29

“Hər şeyi Gəncəyə yaraşan şəkildə edəcəyik”

blank
Dünya futbolu2024-05-07 12:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi

blank
Digər2024-05-07 12:00

MİSLİ ilə qazan!

blank
Milli komanda2024-05-07 11:53

Millimiz UEFA İnkişaf Turnirində son sınağına çıxır

blank
Ölkə futbolu2024-05-07 11:45

“Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə

blank
Layihə2024-05-07 11:30

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Dünya futbolu2024-05-07 11:15

“Borussiya” onu satmaq istəyir

blank
Ölkə futbolu2024-05-07 10:58

Dadaşov: “Komandada əhvali-ruhiyyə dəfn mərasiminə bənzəyirdi”

blank
Dünya futbolu2024-05-07 10:41

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-07 10:27

“Səbail”in “Sumqayıt”ı ötmək şansı qalmadı

blank
Ölkə futbolu2024-05-07 10:10

Kubokun 27-ci sahibi hansı komanda olacaq?

blank
Dünya futbolu2024-05-07 09:55

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

blank
Milli komanda2024-05-07 09:38

Mahrezə Benzia əngəli

blank
Ölkə futbolu2024-05-07 09:21

Millimiz 29-cu oldu

blank
Ölkə futbolu2024-05-07 09:04

Regekampf indi də “Rapid”ə gedir

blank
Dünya futbolu2024-05-07 08:49

Hüseynovlu “Arda”dan növbəti heç-heçə

blank
Dünya futbolu2024-05-07 08:32

Təbriz klubundan inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 08:15

Krivotsyukun qolu xal üçün yetərli olmadı

blank
Ölkə futbolu2024-05-07 08:00

“Qəbələ”nin arxadan atdığı daş… “Səbail”ə dəydi

blank
Dünya futbolu2024-05-07 01:31

“Mançester Yunayted” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-07 01:12

“Lill” doğma meydanda 4 qola üzüldü

blank
Dünya futbolu2024-05-07 00:56

“Atalanta”dan qələbə, “Napoli”dən xal itkisi

blank
Digər idman növləri2024-05-06 23:38

Azərbaycan karateçiləri AÇ-də mübarizə aparacaqlar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm