Dünya futbolu
Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”
“Son oyundan öncə AÇ-nin final mərhələsinə yoll…
“Son oyundan öncə AÇ-nin final mərhələsinə yollağımız haqqında danışmaq doğru deyil. Lakin biz evdə oynayacağıq və çox inanıram ki, komandamız qitə çempionatına yollanacaq” – bu sözləri futbolinfo.az-a açıqlamasında Xorvatiya yığmasının futbolçusu Dario Melnyak deyib.
Birvaxtlar “Neftçi”də çıxış etmiş futbolçu oktyabrın 13-də keçirilən Macarıstan – Azərbaycan oyunundan da danışıb. O, millimizin son dəqiqədə vurduğu, lakin hakim tərəfindən qeydə alınmayan qoldan da danışıb: “Qarşılaşmanı izləmədim. Lakin dostum mənə dedi ki, Azərbaycan qol vurdu, hakim saymadı. Bunu yığma komandanız adına uğursuzluq kimi dəyərləndirirəm”.
“Bilirdinizmi ki, həmin qol sayılsaydı, siz artıq final mərhələsində idiniz” sualına isə Melnyak belə cavab verib: “Bunu bilirdim. Lakin futbolda hər şey baş verə bilir. Qarşıda oyunlarımız var. Azərbaycan yaxşı komandadır və ümid edirəm ki, qarşıdakı iki matçda yaxşı nəticə qazanacaqlar”.