Ölkə futbolu
Kiprdə oynamışlar “Qarabağ”ı üstün sayır: “Qol vurub, topla oynamaq Azərbaycan klubuna qələbə gətirər”
Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Avrop…
Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmalar Ağdam təmsilçisi üçün qrupdan çıxmaq baxımından önəmli olduğu qədər, prinsipal xarakter də daşıyır.
Cari mövsüm Çempionlar Liqasında çıxış edən Qurban Qurbanovun komandası məhz Nikosiya klubuna uduzaraq mübarizəni dayandırmışdı. Bu baxımdan həm qisas, həm xal ehtiyatını artırmaq üçün APOEL üzərində qələbə çox böyük əhəmiyyət daşıyır.
Matçın əhəmiyyətini nəzərə alaraq vaxtilə Kipr çempionatında top qovmuş, hazırda Azərbaycan Premyer Liqasında oynayan futbolçularla əlaqə saxladıq.
2014/2015-ci illər mövsümünü APOEL-də keçirmiş “Zirə”nin müdafiəçisi Anastasios Papazoğlu “Qarabağ”ı üstün görür: “Çox yaxşı oyun olacaq. İki güclü komanda üz-üzə gələcək. Onların əvvəlki oyunlarında gördük ki, “Qarabağ” daha təhlükəlidi. Lakin rəqib şanslı idi. Çempionlar Liqasındakı hər iki oyunda Azərbaycan klubu daha yaxşı çıxış etmişdi. Lakin bəxt APOEL-in tərəfində olmuşdu. Bu matçlarda daha çox motivasiya rol oynayacaq. Biz çox yaxşı oyun izləyəcəyik. Hər iki komandadakı keyfiyyətli futbolçuların sayəsində maraqlı matç olacaq”.
“Keşlə”nin monteneqrolu müdafiəçisi Miyusko Boyoviç də Papazoğlu kimi düşünür. 2015/16-cı illərdə “Enosis”də oynayan futbolçu Azərbaycan təmsilçisini daha şanslı sayır: “Birinci ümid edirəm ki, “Qarabağ” qalib gələcək. Çünki Azərbaycan futbolu üçün bu lazımdı. Böyük bir şey olacaq. Düşünürəm ki, fərdi olaraq “Qarabağ” rəqibdən güclüdü. Çünki Ağdam klubu daha çox topa sahib olur və təhlükəli hücumlar təşkil edir. Amma APOEL də taktiki cəhətdən yaxşı komandadı. Onlar fiziki olaraq da üstün durumda görünürlər. Meydanda “Qarabağ”dan daha çox qaçacaqları bəllidi. Yalnız onlar son dəqiqələrdə qalib gəlməyə çalışacaqlar. Fikrimcə, “Qarabağ” birinci qolu vurub öz oyununa köklənməlidi. Topu daha çox özündə saxlamalıdı. Belə olsa, “Qarabağ” rahat oynayacaq. “Qarabağ”ın problemi topsuz oyundadı. Şanslara gəlincə, “Qarabağ” qalib gələ bilər”.
AĞA
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…