Dünya futbolu
APOEL-in kapitanı: “Bir xal qazandığımıza görə şanslıyıq”
APOEL-in kapitanı Nikolas İoannu Avropa Liqasının qrup mərhələs…
APOEL-in kapitanı Nikolas İoannu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağla keçirilən görüşdən (2:2) danışıb.
Futbolinfo.az xəbər verir ki, kiprli müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Bakıda bir xal qazanmağın yaxşı nəticə olduğunu deyib:
"Gərgin oyun olacağını bilirdik. Uşaqlar əllərindən gələni etdilər. Yaxşı oynadıq, amma daha yaxşı çıxış etməliyik. Bakıdan xalla döndüyümüz üçün şanslıyıq. Uğur bizimlə oldu. Çox çalışdıq və ilk qolu vurmağı bacardıq. Bu, çox önəmli dönüş anı oldu. Yanımızdakı insanların uğura inanmalarını istəyirik. Vurduğum qol üzərində çalışmışdıq".
Görüşün 67-ci dəqiqəsində zədələnərək meydanı tərk edən futbolçu durumunun ciddi olmadığını bildirib: "Məncə, zədəm ciddi deyil. Bunu həkimlə müzakirə edib görəcəyik. Etiraf edim ki, çox ağrılarım var".
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi