Ölkə futbolu
Dani Kintana 2-ci oldu
“Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan k…
“Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçular siyahısında 2-ci yerə şərik olub.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun APOEL (Kipr) ilə ev oyununda hesabı açan ispaniyalı 8-ci dəfə fərqlənib.
Kintana 8-ci qolunu 41-ci matçında vurub. Bununla da ispaniyalı “Qarabağ”dakı komanda yoldaşı Riçard Almeyda ilə Rəşad Sadiqova çatıb.
Lakin bu iki oyunçu daha çox matç keçirib. R.Almeyda 65, R.Sadiqov 71 matçda 8 qol vurub. Bu üç bombardir ən çox qol vuranlar siyahısında 2-ci yerə şərikdirlər. Onlar yalnız 11 qol vuran Reynaldo Silvadan geri qalırlar. (APA)
Qeyd edək ki, “Qarabağ” APOEL-lə oyundan heç-heçə ilə ayrılıb – 2:2.