Dünya futbolu
“Mançester Siti”nin futbolçusu əməliyyat olundu
“Mançester Siti”nin müdafiəçisi Aleksa…
“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko əməliyyat olunub.
Futbolinfo.az xəbər verir ki, gənc futbolçu cərrah bıçağı altına uzanıb.
Ukraynalı futbolçu əməliyyatdan sonra “İnstaqram” səhifəsi vasitəsilə paylaşım edib. Dizindən əməliyyat olunan 22 yaşlı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Aleksandr Zinçenko bu mövsüm bütün turnirlərdə 9 oyunda iştirak edib.