Ölkə futbolu
Tovuzda yeni baza və stadion tikilir – FOTOLAR
AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixli iclasında…
AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixli iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində futbol akademiyası təsis olunması ilə bağlı qərar qəbul olunub.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsinin AFFA-ya həvalə edilməsi barədə qərara uyğun olaraq, akademiya binasının, təlim-məşq bazasının və stadionun təmir-tikinti işləri davam edir.