Premyer-liqa
Riçard Qadze: "Azərbaycan çempionatında çox şey dəyişib"
Bir mövsümlük fasilədən sonra "Zirə"yə d&…
Bir mövsümlük fasilədən sonra "Zirə"yə dönən Riçard Qadze Azərbaycan Premyer Liqasının 9-cu turunda "Sabah"la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Bu gün hər iki qolun ötürməsini verdiniz. Çıxışınızı necə qiymətləndirirsiniz?
– Əvvəlcə komanda, sonra fərdi nailiyyətlər gəlir. Öz evimə qayıtmışam, uzun müddətdir bu anı gözləyirdim. Özümün və komandanın performansından məmnunam.
– Sizin Azərbaycanda olmadığınız müddətdə Premyer Liqada nələr dəyişib?
– Dəyişən şeylər çoxdur. Yerində qalan nəsə yoxdur. Öz komandamla fəxr edirım.
– Baş məşqçi fiziki cəhətdən tam hazır olmadığınızı deyirdi. Amma bu gün yaxşı oynadınız və iki məhsuldar ötürmə verdiniz. Bu, hələ sizin ideal formanız deyil?
– Baş məşqçimiz sözlərində haqlı idi. Çünki 3 aydır futboldan kənar idim, 2 həftədir komanda ilə məşq edirəm. Çıxışım insanın məqsədləri ilə bağlıdır. Belə olan halda nə istədiyini bilirsən. Baş məşqçinin etimadını da yüksək qitmətləndirirəm. Bu, bizim aramızda olan hörmətdən irəli gəlir.
– Rumıniyanın "Voluntari" klubundan niyə ayrıldınız? Deyilənə görə, orada legionerlərə münasibət yaxşı olmayıb.
– Bu, təkcə oynamaqla bağlı problemlər deyildi. Həmçinin viza ilə bağlı sıxıntı vardı. Biz qarşılıqlı anlaşma ilə müqaviləyə xitam verdik.
– Rumıniya çempionatı bizi çox qabaqlayır?
– Elə də çox böyük fərq yoxdur. Sadəcə olaraq, kəskin fərq komandaların sayındadır.
– "Sabah"a keçmək variantınız vardı.
– Bəli, danışıqlar gedirdi, ancaq birdən dayandı. Heç bir rəsmiyyət yox idi, belə alındı (Report).
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var