Dünya futbolu
Quliyevsiz “Jonava” səfərdə uduzdu
Futbol üzrə Litva 1-ci liqasında 30-cu turun oyunları ke&ccedi…
Futbol üzrə Litva 1-ci liqasında 30-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Nevejis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qol vuran futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Jonava” hazırda 40 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)