Premyer-liqa
Premyer Liqada 250-ci qol
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 250-ci qolunu v…
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 250-ci qolunu vurub.
Futbolinfo.az xəbər verir ki, bu, mövsümün 9-cu turunun “Neftçi” ilə ev oyununa təsadüf edib. Sumqayıt şəhər stadionunda 2:4 hesabı ilə uduzan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb. 90+2-ci dəqiqədəki qola Rəhim Sadıxov imza atıb.
Bu, 2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın 261-ci oyununda 250-ci qolu olub. “Gənclik şəhəri” təmsilçisinin orta məhsuldarlığı 0,96-ya bərabərdir. 250 qoldan 133-ü evdə, 117-si səfərdə vurulub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)