Dünya futbolu
Super Liqa klubunda baş məşqçi istefası
Türkiyənin “Kayserispor” klubunun baş məşqç…
Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Samet Aybaba istefa verib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Aybaba özü açıqlama verib.
Aybaba oktyabrın 10-da “Kayserispor”da baş məşqçi postuna gətirilmişdi. Onun rəhbərlik etdiyi komanda son olaraq Türkiyə Super Liqasının 9-cu turunda “Yeni Malatyaspor”a 0:4 hesabıyla məğlub olub.
“Kayserispor” 9 turdan sonra hələ də qələbə qazana bilməyib və 4 xalla sonuncu pillədə qərarlaşıb.