Dünya futbolu
Dadaşov 6 qolluq oyunda 11 dəqiqə oynadı
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 14-cü turun…
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Çemnitser”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Rüfət də bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.
Münster klubu 14 turdan sonra 12 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”