Dünya futbolu
“Arsenal” 1977-ci ilə qayıdır
Londonun "Arsenal" klubu tarixinin ən uğursuz dönəmi…
Londonun "Arsenal" klubu tarixinin ən uğursuz dönəmini yaşayır. Ötən gecə öz meydanında "Brayton" uduzan (1:2) "topçular"ın qələbəsiz oyunlar seriyası 9-a çatıb.
Bu, son 42 ildə "Arsenal"ın ən əzif göstəricisidir. Sonuncu dəfə 1977-ci ildə komanda ardıcıl 10 oyun qələbə qazana bilməmişdi.
Baş məşqçi postuna isveçli Fredrik Lyünberqin gətirilməsi də "Arsenal"ı "qara zolaq"dan çıxara bilmir. Yeni baş məqşçinin rəhbərliyi altında iki oyuna çıxan londonlular bu görüşlərdən birini heç-heçə bitirib, digərini isə uduzub.
Hazırda "Arsenal" 15 turdan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb.
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”