Bizi izləyin

Ölkə futbolu

Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

Heç kimin vəkili deyiləm. Amma haqsızlığa biganə qalmaq o…

blank
Heç kimin vəkili deyiləm. Amma haqsızlığa biganə qalmaq olmur. 28 nəfəri futboldan sildik, bu, nəyisə dəyişəcəkmi? Elədisə, “Rəvan”ın, “Şərurspor”un çempionatdan qovulması, “Bakılı”, “Göyəzən”, “Energetik”in dağıdılması niyə dəyişmədi? O klublar getdi, “Turan Tovuz”, “Ağsu” ortaya çıxdı, bu futbolçuların da yerini başqaları alacaq. Problem fərdlərdə deyil.
 
***
 
Siz canınız, kimi aldadırsız, kimin gözündən pərdə asırsız? Axı, addımlarınız göstərir ki, məkrlisiz, məqsədlisiz. Çox bəsit addımlar atırsız. Qazanda nə bişdiyini görmək üçün qapağını qaldırıb baxmağa ehtiyac yoxdu, qoxusundan hər şey bəlli olur.
 
***
 
AFFA dünən 28 nəfəri futboldan “sildi”. Rəsmi qərarda da göstərildi ki: “…Birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub…”
 
Çox gözəl. Həqiqətən alqışlanası addımdı. Bu insanların günahını sübut etdikdən sonra onları nəinki futboldan silmək, bəlkə ümumiyyətlə, cəmiyyətdən təcrid etmək lazımdı. Pis örnəkdilər, gənclərimizin gələcəyini məhv edirlər, futbolun təməl prinsiplərini xəyanət edirlər. Və yalnız futbolçuları cəzalandırmaqla kifayətlənmək olmaz, bu, böyük şəbəkədi, onların gedib çıxdığı ən son nöqtəni tapmaq, virusun kökünü kəsmək lazımdı. “Məhsul”u tapıb yandırmaqla onun axırına çıxmaq olmaz, “fermer”ləri, “plantasiya”ları məhv etmək lazımdı.
 
***
 
Futbolçuları diskvalifikasiya etdiz, bəs, “Ağsu”nun, “Turan Tovuz”un taleyi ilə bağlı niyə qərar vermədiz? Yiyələrindən qorxursuz? Bu klubların faktiki meydana çıxmaq üçün heyəti qalmayıb, onları çempionatdan qovmaq buqədərmi çətindi? Niyə araşdırmaları 2 klubla kifayətləndirdiz? Axı, “Qaradağ Lökbatan” və MOİK futbolçuları da araşdırma obyektidi. Onları növbəti hədə dalğasına saxlayırsız? Yoxsa klanların davasında birinin digərinə verdiyi gözdağıdı, demək istəyirsiz ki, “ağıllanmasaz, yerimizə göz dikməyə davam etsəz”, sizi də eyni aqibət gözləyir?
 
Hər şey əladı, gözəldi, günahkarlar cəzalanır. Amma bunu niyə dekabrın 13-də, məhz İcraiyyə Komitəsinin iclası günü etdiz? Çünki…
 
…İcraiyyə Komitəsində Avro-2020-nin final mərhələsinə çıxa bilməməyin;
…Seçmə mərhələdə cəmi 1 xal toplamağın;
…Nikola Yurçeviç kimi sıradan birinə niyə 1 milyon avro verildiyinin, ümumiyyətlə, onun ölkəmizə niyə çağırıldığının;
…Bütün milli komandaların faciəvi çıxışının;
…Uşaq futbolundakı biabırçı durumun;
…Onlarca uğursuz layihənin;
…Dağıdılan milyonların;
…Və daha nələrin hesabatını verməli idiz. Siz isə baş aldatmaq üçün oyun alverinylə bağlı araşdırmaların nəticəsini məhz hesabat günündə açıqladız. Bəli, araşdırılmalı, günahkarlar cəzalanmalıdı. Amma niyyətinizi, məqsədinizi ucuz oyunlarla, ssenarilərlə ortaya qoyursuz. Gündəm dəyişməklə səbəbləri dəyişə bilməyəcəksiz.
 
***
 
Və sual: divizion klubları nəyə görə danışılmış oyunlara gedir, futbolçular niyə bu çirkaba bulaşır? Bu sualı özünüzə vermisizmi?
 
Cavabı deyim:
 
1. Premyer Liqaya vəsiqə qazanmaq şansı yox, düz-əməlli maaş yox, mükafat yox. Kəsəsi, futbolun ruhu olan mübarizə üçün stimul yoxdu. Heç kim 200-300 manatla ailə saxlaya, dolandıra bilməz. Belədə ehtiyac içində çabalayanlar asanca bukmekerlərin, işbazların toruna düşür, pis yolu seçir, özlərini də məhv edirlər, ətraflarını da.
2. Premyer Liqada cəmi 8 komanda var. Üzdə olan 30-40 yerli futbolçu və legionerlər bütün yerləri tutub. Kəsəsi, divizion klublarının üzvlərinin inkişaf etmək, yuxarı yüksəlmək imkanı yoxdu. Yaşamaq üçün rahat qazanc yolu tapmalıydılar. Komanda sayı çox olardı, onlar daha imkanlı klublarda oynayardı, normal maaş alardı və bu yola düşməzdilər.
3. Başqa sahədə işləmək perspektivi yoxdu, bu insanlar uşaqlıqdan ömürlərini futbola bağlayıblar. Əvvəla, başqa iş yoxdu, varsa da bunlarlıq deyil. Hamı Qara Qarayev, Maksim Medvedev, Emin Mahmudov olası deyil, ikinci, üçüncü dərəcəli futbolçular da olmalıdı. Və onlara uyğun komandalar olmalı, bu futbolçular orada oynamalıdılar.
4. Bu uşaqları özümüz cinayətkar kimi yetişdirmişik. Bəlkə də əksəriyyətinin istedadı olub, amma uşaq məktəblərində top oyununun sirrlərini öyrənə bilməyiblər, çünki məktəblərimiz bərbad gündədi, məşqçi-pedaqoqlarımız yoxdu. Beləcə elə uşaq vaxtından şikəst ediliblər, yarıfabrikat kimi yetişiblər, bu yaşlarında başqa sənət tapmaları mümkün deyil. Ona görə də cinayətə məcbur olublar.
 
***
 
Qərar vermək asandı. Amma bu futbolçuları axı, özümüz cinayətkara çevirmişik. İndi də günahlarımız qumarbaz rolunda qarşımıza çıxır. Eddi İsrafilov, Renat Dadaşov, Dmitri Nazarov hərəsi 1-2 milyon dolar alıb minnətlə millimizin formasını geyir. Həmin pulları düzgün xərcləsəydik, sağlam nəslin yetişməsinə, inkişafına yönəltəsəydik, indi belə olmazdı axı.
 
***
 
AFFA-nın baş katibi Elxan Məmmədov 3 ildi bu virusla mübarizə apardıqlarını deyir. Doğrudu, çünki əvvəllər heç buna ehtiyac yox idi. O zaman Premyer Liqada daha çox komanda oynayırdı, hamının oynaması üçün şərait vardı; futbolçular sovet futbol məktəbinin yetirməsiydi, yarıfabrikatlar deyildi. Və təbii ki, pis yola gedənlərin sayı çox az idi, belə cəzalara da ehtiyac qalmırdı.
 
Hörmətli AFFA rəhbərləri, bugünün cinayətkarları sizin qurduğunuz bərbad sistemin məhsullarıdı, onları siz yetişdirmisiz. 12 il öncə bünövrəni qoymusuz, yetişib, böyüyüb, sağalmaz yaraya çevriliblər. Və bu gün də onları siz bəsləyirsiz, məhz sizin məqsədsiz maliyyələşdirdiyiniz klublarda oynayırlar. Papağınızı qarşınıza qoyub, fikirləşin, əgər papaq qoyursuzsa…
 
VÜSAL MAHMUDOV
 
blank
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-14 01:19

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-14 01:08

“Liverpul” 3 qol vurdu, 1 xalla kifayətləndi

blank
Dünya futbolu2024-05-14 00:50

“Fiorentina”dan çətin qələbə

blank
Ölkə futbolu2024-05-13 23:47

AFFA legioner limitinin nə vaxt dəyişəyəcəyini açıqladı

blank
Dünya futbolu2024-05-13 23:25

Aziz Yıldırım “Fənərbaxça”da prezidentliyə namizəd oldu

blank
Dünya futbolu2024-05-13 22:34

Avrokuboklarda final oyunlarını idarə edəcək hakimlər açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:37

Türkiyə kubokunda final matçının stadionu açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:27

“Nyukasl” kimi qurban verəcək?

blank
Digər idman növləri2024-05-13 21:00

Gənc boksçular Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

blank
Digər idman növləri2024-05-13 20:40

Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

blank
Əvəzedicilər2024-05-13 20:30

“Qarabağ-2” səfərdə qalib gəldi

blank
Ölkə futbolu2024-05-13 20:17

Qurban Qurbanov: “Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil”

blank
Ölkə futbolu2024-05-13 20:14

Adıgözəlov İK-nın iclasında qəbul olunan qərarlardan danışdı

blank
Dünya futbolu2024-05-13 20:00

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-13 19:45

Mariya Stadnikin atası vəfat edib

blank
Ölkə futbolu2024-05-13 19:32

Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”

blank
Digər idman növləri2024-05-13 19:15

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

blank
Dünya futbolu2024-05-13 19:01

“Real” veteranları arasında seçim edir

blank
Dünya futbolu2024-05-13 18:44

“Mançester Yunayted”dən antirekord

blank
Digər idman növləri2024-05-13 18:30

IWF prezidenti Bakıda ağırlıqqaldırma infrastrukturu ilə tanış olub

blank
Dünya futbolu2024-05-13 18:15

Dadaşov vurduğu qələbə qolunu Hataya həsr etdi

blank
Digər idman növləri2024-05-13 18:00

Azərbaycanın samboçuları Avropa çempionatında 7 medal qazanıblar

blank
Digər idman növləri2024-05-13 17:45

Final seriyasının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-13 17:30

Ramil Quliyevin həyat yoldaşı CAS-a şikayət etdi

blank
Ölkə futbolu2024-05-13 17:14

Gəncədə minifutbol turniri keçirilib

blank
Ölkə futbolu2024-05-13 17:00

Gənclər Liqasında mövsüm başa çatdı

blank
Digər2024-05-13 16:45

“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda

blank
Premyer-liqa2024-05-13 16:31

Premyer Liqada cari mövsümün mükafatlandırma mərasimi keçiriləcək

blank
Dünya futbolu2024-05-13 16:16

Noyer Bundesliqada 500 oyun keçirən dördüncü qapıçı oldu

blank
Digər idman növləri2024-05-13 16:03

Entoni Coşua Ər-Riyada rəqiblərini izləmək üçün getdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm