Bizi izləyin

Ölkə futbolu

Yanvara saxlanan suallar

AFFA İcraiyyə Komitəsi yığışdı, müzakirə etdi, qərar ve…

blank
AFFA İcraiyyə Komitəsi yığışdı, müzakirə etdi, qərar verdi, təxirə saldı. Nələrsə etdi. Dünən 13 məsələnin müzakirəsi üçün yığışan qurum 8 bəndlik qərarlar siyahısı açıqladı və həm də bəlli oldu ki, bunların çoxu ertələmə haqdadı.
 
Kəsəsi, əsas olan 1-2 məsələ var idi. Gündəliyin geniştərkibli hazırlanmasına baxmayın, məğz başqaydı. Məhz həmin məqamlarla bağlı ciddi addımlar atıldı.
 
17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verildi. Onun yerinə namizədin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə olundu. Diqqət: bu dəfə təkcə MK-ya yox, həm də texniki departamentə. Deməli, bu qurumun rəhbəri Bernard Lippert əcnəbi axtarışına çıxa bilər. Vaqif Sadıqovun rəhbərlik etdiyi komitə ümidləri doğrultmadığından, bu dəfə vəziyyət fərqlidi.
 
Gözlənildiyi kimi, əsas millimizin baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırıldı. Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdi. Təzminatla bağlı kəlmə də yoxdu, lakin əldə etdiyimiz məlumata görə, ona qalan 2 ayın maaşı ödənəcək.
 
“Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin qəbul olunması haqda qərar çıxarıldı. Amma bu məsələ İK səviyyəsinə çıxarılmağa layiq deyildi. Katiblik “yeniliklər”inə qanuni don geyindirmək üçün bunu etdi.
 
AFFA-nın “Feyr Pley” mükafatının təsis olunmasına da qərar verildi və Əsasnaməsinin hazırlanması Baş katibliyə həvalə olundu. Eynilə “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanması kimi…
 
Dünənki qərarlardan ən önəmlisi 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransının çağırılmasıydı. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanacaq növbədənkənar Konfransa təqdim olunacaq. Kim tərəfindən? – qərarda məhz bu məqam yoxdu. Dəqiq olan böyük oyunların getdiyi, strateji addımların atıldığıdı. Və futbolun inkişafı naminə yox, kreslo uğrunda…
 
Ayının min oyunu bir qozun üstündə gedir. İK-nın iclasının müzakirələrində əsas məqam bu idi. Və məhz dünəki tədbirdə əlavə və dəyişikliklərin nədən ibarət olması açıqlanmalıydı. Lakin bildiyimizə görə, prezident Rövnəq Abdullayev gizli saxlanılan yeniliklərlə tanış olub, baş katibin səlahiyyətlərinin artırılmasını özündə ehtiva edən sənədi məqbul saymayıb. Onun qəzəbi üzündən məsələ müzakirə olunmadan yanvara saxlanılıb.
 
İstənilən halda, yanvarda sürpriz konfrans keçiriləcək. Məqsədyönlü dəyişikliklər məhz həmin tədbirdə qəbul edilməlidi. Ozamana kimi nələrin dəyişəcəyini, qüvvələr nisbətinin, maraqların nəyi nizamlayacağını görəcəyik. Dəqiq olan odur ki, AFFA seçkilərin tələsik keçirilməsində və postlarında qalmalarını tez rəsmiləşdirməkdə maraqlıdılar. Ona görə də konfransdan əvvəl İK yığışacaq, təkliflər Konfransa təqdim olunacaq, daha sonra fevralın əvvəlinə Hesabat-Seçki Konfransı təyin ediləcək. Məhz həmin tədbirdə futbol təsərrüfatımızın sabahına aydınlıq gələcək.
 
Qərarlardan biri də “Qəbələ” klubu ilə bağlıdı. Amma AFFA yenə heç nəyə aydınlıq gətirmədi, “klubla oyun”a davam etməyə qərar verdi. Belə ki, klubun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdiriləcək və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.
 
Prinsipcə, hər şey qanunauyğundu. Lakin burada gizli oyun var. AFFA “Qəbələ”nin himayədarlarının hər şeydən əlini çəkməsini istəyir. Belədə klub AFFA-nın qanadları altına sığınacaq. Lakin həmin vaxt klub infrastrukturuna yiyələnmək niyyəti var. Düyün də elə bu məqamdadı. Necə çözüləcəyini zaman göstərəcək.
 
İcraiyyə Komitəsi AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq, bir sıra şəxslərə müvafiq təqaüd verilməsi haqda da qərar çıxardı. Elbrus Abbasov, Rafiq Əlizadə, Səmədağa Şıxlarov, Novil İsmayılov, Vahid Abbasov, Çingiz Haşımov, Əbdülqəni Nurməmmədov, Tahir Əmiraslanov, Şakir Qəribov və Oqtay Abdullayev bu şərəfə layiq bilindi. Səməd Qurbanovla İsgəndər Cavadov isə xüsusi təqaüd alacaq. Xüsusi təqaüdün nədən ibarət olduğu, niyə yalnız 2 nəfərə, hansı xidmətlərinə görə ayrıldığı müəmmadı. Doğrusu, öz akademiyası olan, Gəncə futboluna kuratorluq edən, İcraiyyə Komitəsinin üzvü, Region Futbol Federasiyasının prezidenti olan İsgəndər bəyin nümunə olacağını gözləyirdik. Ona təqaüddən imtina etmək, komitənin iclasında belə məsələləri yox, futbolumuzun problemlərini müzakirə etməyi təklif etmək yaraşardı. Zövqümüz fərqli imiş…
 
İclasda “Elit Məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtklü yeni məşq meydanı barədə və AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat verilib, Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim olunub. Lakin bu məsələlərlə bağlı qərarda ümumi qeyd var, detallar açıqlanmır, halbuki xüsusilə UEFA-dan ayrılmış vəsaitin necə xərclənməsi barədə ictimaiyyətin bilgiləndirilməsi yaxşı olardı.
 
Gündəlikdə nəzərdə tutulmayan, guya şok effekti yaratmaq üçün iclas günü müzakirəyə çıxarılan danışılmış oyunlar qalmaqalından artıq xəbərdarsız. Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olundu və hesabata əsasən, İcraiyyə Komitəsi müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət etdi. Halbuki İntizam Komitəsi bunu hər hansı müraciət/göstərişsiz etməliydi. Və indiyə qədər, daha iclas günü yox…
 
2019-in maraqla gözlənilən yekun iclası tarixin yaddaşına qovuşdu. Avro-2020-nin seçmə mərhələsindəki uğursuzluq yada düşmədi, bir sıra problemlər “unuduldu”. AFFA rəhbərliyi özünü süddən çıxmış qaşıq kimi təqdim edib, yeni 4 illik hakimiyyət dövrünün planlarını cızır. Bu durumdan futbol ictimaiyyəti narazıdı, ümid edirik, bunu nəzərə alan olacaq…
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm