Dünya futbolu
“Fiorentina” baş məşqçisiz qaldı
İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vin…
İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Klub rəhbərliyi bu qərarı A Seriyasının 17-ci turunda “Roma”ya 1:4 hesabı ilə məğlub olduqdan sonra verib.
Klubdan verilən açıqlamada, komandanın nəticələrinin təhlil olunduğu və müsbət təkan vermək üçün bu dəyişikliyin gerçəkləşdirildiyini, yaxın günlərdə yeni baş məşqçinin adının açıqlanacağı bildirilib.
Bu mövsüm A Seriyasında keçirdiyi 17 turdan sonra 17 xal toplayan “Fiorentina”, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi