Premyer-liqa
Syomin: Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Pr…
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 3:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox maraqlı oyun oldu. Təəssüf ki, görüş bizim xeyrimizə başa çatmadı. Müdafiədə çox səhvlər buraxdıq. Rəqib bu səhvlərə görə bizi cəzalandırdı. İkinci hissədə komanda çox çalışdı, sona kimi mübarizə apardıq. Qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Təəssüf ki, oyuna az sayda azarkeş gəlmişdi. Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi”.