Əvəzedicilər
"Neftçi"nin futbolçusu 1, "Bakı"nın üzvü 2 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fut…
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakı” – “Simurq” matçının 56-cı dəqiqəsində “Bakı”nın futbolçusu Sənan Bayramov kobud oyuna görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“İnter” – “Rəvan” matçında “İnter”in 4, “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunublar.
“Neftçi” – “Xəzər Lənkəran” oyununun 56-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Yunis Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Sumqayıt” – AZAL matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…