Digər idman növləri
9-cu turun ilk oyununun vaxtı müəyyənləşdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun ilk oyununun vaxtı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, turun açılış matçı yanvarın 18-də keçiriləcək.
Yüksək Liqanın favoritlərindən olan “Azərreyl” autsayder MOİK-lə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.
Hazırda hesabında 15 xal olan “Azərreyl” “Murov Az Terminal”la birlikdə 2-3-cü yerləri bölüşdürürlər. MOİK isə ilk 8 turda xal qazana bilməyən yeganə komandadır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)