Milli komanda
"2 ildən sonra milliyə dəvət almağım…"
Futbol üzrə Azərbaycan millisinin noyabr ayında Estoniya və Q…
Futbol üzrə Azərbaycan millisinin noyabr ayında Estoniya və Qırğızıstan millilərinə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün yığmaya dəvət alacaq futboçuların siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"dan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Vüqar Nadirovla yanaşı Fərhad Vəliyev də milliyə dəvət alıb.
33 yaşlı qolkiper 2 ildən sonra millinin düşərgəsinə qoşulacaq. Qeyd edək ki "Qarabağ"da əsas qolkiper, çempionatda ən az qol buraxan qapıçı olan Vəliyev sonuncu tura qədər qapısını 592 dəqiqə "quru" saxlaya bilmişdi. Belədə Fərhadın yenidən millliyə dəvət alması gözlənilməz olmadı. Fərhad klub saytına milliyə çağrılması barəsində danışıb:
"Təbii ki, milliyə dəvət almaq olduqca xoş bir duyğudu. Hər zaman ölkənin əsas komandasının formasını qorumaqdan məmnun olmuşam. 2 ildən sonra milliyə dəvət almağım yəqin son zamanlar əsas heyətdə çox oynamağımla əlaqədardı. Son zamanlar uğurlu çıxış edirik. Yəqin bu da millinin məşqçilər heyətinin diqqətindən qaçmayıb. Çalışacam, millidə şans veriləcəyi təqdirdə özümü ən yaxşı tərəfdən göstərim".