Premyer-liqa
13-cü turun təqvimində dəyişiklik edildi
Topaz Premyer Liqasının 13-cü turunun təqvimində dəyişiklik…
Topaz Premyer Liqasının 13-cü turunun təqvimində dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Simurq” klubu PFL-ə müraciət edərək ev oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunda infrastruktur işlərinin tam yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının 13-cü turunun “Simurq” – “İnter” oyununun “Şəfa” stadionunda, üçüncü dövrənin matçının isə Zaqatala şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib. Bu səbəbdən və “İnter” klubunun razılıq məktubunu nəzərə alaraq PFL prezidenti Ramin Musayev yeni qərarlar qəbul edib:
1. Topaz Premyer Liqasının 13-cü turunun “İnter” – “Simurq” matçı 9 noyabr 2013-cü il tarixində “Şəfa” stadionunda, 21-ci turunun “Simurq” – “İnter” matçı Zaqatala şəhər stadionunda keçirilsin.
2. Topaz Premyer Liqasının 13 turunda meydan sahibi kimi “İnter”, 21-ci turun meydan sahibi kimi “Simurq” klubu təsdiqlənsin.