Dünya futbolu
Martino razı qaldı
“Barselona” klubunun baş məşqçisi Xerardo Martin…
“Barselona” klubunun baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının qrup mərhələsində “Milan”a qarşı keçirilən görüş haqqında fikirlərini bildirdib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı 3:1 qalib gəlmələrinə baxmayaraq, oyunun çox çətin keçdiyini bildirib:
“Komanda hər iki hissədə fərqli oyun üslubu ilə çıxış etdi. Oyunun ilk hissəsində başqa, ikinci yarıda tamam ayrı “Barselona” var idi. Görüş çox çətin alındı, Pikenin vurduğu avtoqol futbolçulara pis təsir etdi və “Milan”nın yenidən oyuna qayıtmasına şərait yaratdı. Mən Messidən narahat deyildim. Ona görə ki, belə hallar hərdən baş verir. Çox gözəldi ki, o, bu oyunda 2 qol vuraraq bir neçə oyunluq sükutunu pozdu”.
Xatırladaq ki, “Barselona” hələ ki, Martinonun rəhbərliyi altında məğlub olmayıb.