Premyer-liqa
Riçard Almeyda: Bunlar tamamilə yalnış məlumatlardı
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard A…
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda "Neftçi"yə keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bunlar tamamilə yalnış məlumatlardı. Mən Flavinyo ilə heç vaxt "Neftçi" barəsində danışmamışam. Bu xəbər bir çoxlarının uydurmasıdı. Bizim komandamızda olan sabitliyi pozmaq üçün yayılan şayələrdi. "Qarabağ"da çox xoşbəxtəm. Bizim mükəmməl baş məşqçimiz və kollektimiz var. Müqaviləmin sonuna kimi də "Qarabağ"da qalmağı fikirləşirəm".