“Tottenhem” tezliklə yeni transferini açıqlayacaq. London klubu Arnaut Danjumanın keçidini həll edib.

Futbolinfo.az xəbər verir ki, “Vilyarreal”ın hücumçusu İngiltərədə tibbi müayinədən keçib. Həm futbolçuyla, həm də klublar arasında bütün detallar razılaşdırılıb. Danjuma mövsümün sonunadək Premyer Liqada icarədə oynayacaq. Müqavilədə satınalma bəndi yoxdur.

Xatırladaq ki, Danjuma İspaniyaya məhz İngiltərədən getmişdi. O, 2021-ci ilin yayında “Bornmut”dan transfer olunmuşdu. Nigeriyalının ispanlarla 3,5 illik müqaviləsi var.

Shares: