“Səbail” rəhbərliyi son matç üçün böyük mükafat təyin edib. Komanda mövsümün bağlanış turunda “Şamaxı”ya uduzmayaraq Premyer Liqada qalmağı bacarsa, futbolçuların hər biri 5 min manata sahib çıxacaq.

Futbolinfo.az xəbər verir ki, mövsüm boyu oyunçulara müxtəlif məbləğli mükafatlar paylayan klub rəhbərliyi bu addımın oyunçuları daha da ruhlandıracağına ümid edir. Oyunun Bayılda keçirilməsi, komandaya heç-heçənin də kifayət etməsi “Səbail”ə əlavə üstünlük verir.

“Şamaxı” rəhbərliyi də eyni addımı atıb. Bölgə təmsilçisinin hansı məbləği təyin etdiyni dəqiqləşdirə bilməsək də, elitada qalmağın mükafatının böyük olacağı oyunçulara çatdırılıb.

Shares: