“Liverpul”un hücumçusu Lazar Markoviç UEFA tərəfindən cəzalanıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə matçda onun rəqib futbolçunun üzünə qəsdən vurmasıdı.
Serbiyalı futbolçu 4 oyunluq diskalifikasiya olunub. O, Avroliqanın 1/16 mərhələsində “Beşiktaş”la oyunları buraxmalı olacaq. Əgər komanda 1/8 yüksəlsə, Lazar həmin mərhələdəki matçları da kənardan izləyəcək.
Shares: