Kasper Şmeyheli heyətinə qatan “Anderlext” güclənməyə davam edir. Belçika klubu indi də Torqan Hazardla müqavilə bağlamaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi vətəninə dönmək üçün Dortmund “Borussiya”sı ilə vidalaşıb. Tibbi müayinədən keçən Torqanın keçidi tezliklə rəsmən açıqlanacaq. “Anderlext” ona görə almanlara 4 mlyon avro ödəyəcək.

Vətənində iki il “Zulte Varegem”in formasını geymiş Hazard Fransa “Lans”ının yetirməsi sayılır. O, “Çelsi” və Münhenqladbax “Borussiya”sında da çıxış edib. Dortmunda 2019-cu ildə gələn oyunçu son 6 ayı PSV-də icarədə keçrmişdi. Onun “Borussiya” ilə müqaviləsi gələn yay bitəcəkdi.

Shares: