“Ferensvaroş”un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu barədə klub saytı məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, komanda “İnter”in və Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Stankoviçə tapşırılıb. Mütəxəssis iyulda avrokubokdakı uğursuzluqdan sonra istefaya göndərilən Stanislav Çerçesovu əvəzləyib. Rusiyalı məşqçinin gedişindən sonra müvəqqəti olaraq isə baş məşqçi vəzifəsini Mate Çaban yerinə yetirirdi.

Qeyd edək ki, Stankoviçin məşqçilik karyerası 2014-cü ildə başlayıb. O, 5 il ərzində “Udineze” və “İnter”in baş məşqçilərinə yardım edib. 2019-2022-ci illərdə Stankoviç “Srvena Zvezda”nı çalışdırıb, Serbiya kubokunu qazanıb və 3 dəfə ölkə çempionu olub.

Stankoviçin son iş yeri “Sampdoriya” olub. Onun komandası ötən mövsüm 38 matçda cəmi 19 xal toplayıb və İtaliya çempionatını 20-ci pillədə başa vuraraq B Seriyasına düşüb. Stankoviç futbolçu karyerasında “Srvena Zvezda”, “Latsio”, “İnter” kimi komandalarda çıxış edib.

Shares: