Dani Karvahal “Real”dan ayrılacağı günü təsəvvür edəndə həyəcanlanır. Sağ cinah müdafiəçisi karyerasını bitirəcəyi, Madrid klubundan ayrılacağı zamanın yaxınlaşdığını hiss etdikcə məyus olur.

Futbolinfo.az xəbər verir ki, Karvahal hazırkı durumundan məmnundur: “Mən “Real”ı çox sevirəm. Ayrılıq zamanı gələndə bu, indiyəqədərki üzüntülərin ən böyüyü olacaq. Daim azarkeşlərin dəstəyini hiss etmək, dünyanın ən böyük klubunda oynamaq qürurludur. Lakin nəvaxtsa bütün bunlar bitəcək”.

“Real” yetirməsi olan 31 yaşlı müdafiəçi “Bayer”də keçirdiyi 2112/13 mövsümü istisna olmaqla, bütün karyerasını Madriddə keçirib. Daninin “Real”la hazırkı müqaviləsi 2025-ci ilin yayında bitəcək.

Shares: