Uzun müddət “Mançester Siti” rəhbərliyinin başını ağrıdan, klubu gərginlikdə saxlayan olayın səbəbkarı ələ keçib. “Şəhərlilər”i diskvalifikasiya edilmək təhlükəsi ilə üz-üzə qoyan Rui Pinto artıq polisin əlindədir.

Futbolinfo.az xəbər verir ki, xeyli məxfi rəsmi sənədi ictimailəşdirərək kluba problem yaradan portuqaliyalı haker ötən mövsüm boyu “Siti”yə başağrı olmuşdu. Klubun Premyer Liqada 115 qanun pozuntusuna bilərəkdən səbəb olan Pinto Lissabonda məhkəmə tərəfindən ertələnmiş həbs cəzasına məruz qaldı.

2018-ci ildə 34 yaşlı portuqaliyalı yüzminlərlə sənədi və məktubu Avropa mediasına ötürmüşdü.

Shares: