Trevoh Çaloba yanvarda “Çelsi”dən ayrılacaq. Baş məşqçi Mauritsio Pelleqrininin güvənmədiyi futbolçu rəhbərliyə getmək istədiyini bildirb.
Futbolinfo.az xəbər verir ki, bu yay klubdan ayrılmaqdan imtina edən müdafiəçi özünü isbatlamaq istəyirdi. Lakin argentinalı mütəxəssis ona şans verməyəcəyini açıq-aşkar göstərir. Bu səbəbdən qarşıdakı transfer dönəmində Çalobnın satılacağı və ya icarəyə veriləcəyi dəqiqdir.
Yay transfer pəncərəsnin son günündə “Bayern”in heyətinə qatmaq istədiyi futbolçu, daha öncə “Nottongem Forest”in dəvətinə “yox” demişdi. Münhenlilərlə müzakirələrə vaxt az olduğundan Çaloba qışda bu varianta bir də nəzər yetirəcək.
Londonlularla 2028-ci ilədək müqaviləsi olan 24 yaşlı müdafiəçinin transfer qiyməti 20 milyon avrodur.