MBA 2025-ci ildə “All-Star” oyununun keçirilmə məkanı ilə bağlı qərar qəbul etməyə yaxındır. Bayram “Qolden Steyt Vorriorz” klubunun ev oyunlarını keçirdiyi  “Chase Center”də reallaşmalıdır. Bu barədə “The Athletic”in müxbiri Shams Charania xəbər verib.

Xatırladaq ki, bu mövsüm “All-Star”a İndianapolis ev sahibliyi edəcək.

Sonuncu dəfə “Qolden Steyt” 2000-ci ildə tədbirin təşkilatçısı olmuşdu. Həmin oyunda Tim Dankan və Şakil O’Nil MVP seçilmişdilər.

Shares: