İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda II Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şəfa” – “Şəmkir” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” klubu 70 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununun 90+3-cü dəqiqəsində “Şəfa” klubunun 11 nömrəli futbolçusu Samur-xan Aslanxanov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Şəfa” klubu 200 manat cərimə edilib.

“Qusar” – “Göygöl” oyununun 71-ci dəqiqəsində “Göygöl” klubunun 7 nömrəli futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldıqdan, həmçinin oyun bitdikdən sonra meydançaya daxil olaraq etirazlara davam etdiyinə görə 2 oyun cəzalanıb, “Göygöl” klubu 150 manat cərimə edilib.

“Qusar” – “Göygöl” oyununun 54-cü dəqiqəsində “Göygöl” klubunun 17 nömrəli futbolçusu Emil Mürsəlov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Göygöl” klubu 80 manat cərimə edilib.

“Qusar” – “Göygöl” oyununun 71-ci dəqiqəsində “Göygöl” klubunun baş məşqçisi Araz Mansurov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Göygöl” klubu 150 manat cərimə edilib.

“Qusar” – “Göygöl” görüşündə oyun günü planına riayət edilmədiyinə görə “Qusar” klubu 100 manat cərimə edilib.

“Qusar” – “Göygöl” oyununa topdaşıyan uşaqlar təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qusar” klubu 80 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 71-ci dəqiqəsində “Cəbrayıl” klubunun heyətində adı protokolda qeyd edilməmiş 17 nömrəli futbolçu Nurlan Quliyev oyuna daxil olduğuna görə “Cəbrayıl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, “Cəbrayıl” klubu 400 manat cərimə edilib.

“Ağdaş” – “Lerik” oyununun 78-ci dəqiqəsində “Ağdaş” klubunun 7 nömrəli futbolçusu Taryel Zeynalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Ağdaş” klubu 50 manat cərimə edilib.

“Ağdaş” – “Lerik” oyununun 90+4-cü dəqiqəsində “Ağdaş” klubunun azarkeşləri meydançaya daxil olduğuna görə “Ağdaş” klubu 80 manat cərimə edilib.

“Dinamo” – “Füzuli” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.

“Dinamo” – “Füzuli” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Dinamo” klubu 100 manat cərimə edilib.

“Dinamo” – “Füzuli” oyununda “Füzuli” klubunun nümayəndələri “A buraxılışı” vəsiqəsindən istifadə etmədiklərinə görə “Füzuli” klubu 50 manat cərimə edilib.

“Dinamo” – “Füzuli” oyununda xərəkdaşıyanların sayı Əsasnamənin tələblərinə uyğun olmadığına görə “Dinamo” klubu 80 manat cərimə edilib.

Shares: