“Real”ın baş məşqçisi Karlo Ançelotti gənc həmkarları barədə danışıb. O, yenilərin ən böyük xətasının oyunçulara topla olan zaman nə etmələri barədə həddindən artıq tapşırıq vermələri olduğunu düşünür.
Futbolinfo.az xəbər verir ki, italiyalı çalışdırıcı deyib: “Bu, yaradıcılığı ortadan qaldırır. Oyunçuya top olmadan mövqeyini anlatmaq başqa şeydir. Çünki bu məqamda çox bilgi vermək şərtdir. Konsentrasiya, fədakarlıq, kollektiv oyun üçün futbolçunun bilgiləndirilməsi lazımdır. Amma top gəldiyi zaman nə edəcəyinə oyunçu özü qərar verməlidir”.
Ançelotti indiyədək həmişə bu prinsipə sadiq olduğunu bildrib: “Çox dərinə getmirəm. Heç kimin yaradıcılığını əlindən almaq, istedadını göstərməsinə mane olmaq olmaz”.