Formula 1-də 2026-cı il texniki reqlamentinə əsasən hazırlanmış ilk mühərrikin fotosu ortaya çıxıb. Şəkil “Red Bull” və “Siemens Xcelerator” arasındakı əməkdaşlıq haqqında hazırlanmış məqalədə dərc edilib.

Xatırladaq ki, 2026-cı ildən “Red Bull” öz mühərriklərini istehsal edəcək. Avstriya komandası güc qurğusu istehsal edən altı komandadan biri olacaq. Digər beş istehsalçı “Alpin”, “Audi”, “Ferrari”, “Honda” və “Mercedes”dir.

“Siemens Xcelerator – bizim layihələndirməmizin rəqəmsal əsasıdır. Bunun sayəsində hər bir dizayner həmkarlarının gördüyü işdən xəbərdar olacaq. Bizim işimizin çətinliyi tariximizin qısa olmasıdır. Bu baxımdan təcrübədə rəqiblərimizə uduzuruq. Hər bir komponenti sıfırdan hazırlamaq məcburiyyətindəyik. Bu isə o deməkdir ki, “Siemens Xcelerator” ilə iş birliyi uğurumuzun əsas faktorudur”, – deyə “Red Bull Powertrains”in mühərrik bölməsinin texniki direktoru Ben Hodçinson “Siemens”in mətbuat xidmətinə açıqlamasında bildirib.

Shares: