UFC-nin prezidenti Dana Vayt, təşkilatlarının hazırda çox yüksək səviyyəli döyüş üzərində işlədiyini bildirib. Konor Makqreqorun bu döyüşdə iştirak etməyəcəyi məlum olub. Təşkilat prezidenti döyüş haqqında  ətraflı açıqlama verməyib.

“İndi biz bir super döyüşü müzakirə edirik – bu ideyanı bir neçə gün əvvəl ortaya atmışıq. Bütün tərəflər razılaşana qədər məlumat verə bilmərəm. Aydındır ki, “super” prefiksi olan hər döyüş Konor Makqreqor deməkdir, lakin bu dəfə belə olmayacaq. Konorun gələn il mütləq döyüşəcəyini söyləyə bilərəm ”, – deyə Vayt qeyd edib.

Makqreqorun hazırda 35 yaşı var, 2013-cü ildə UFC döyüş təşkilatının üzvü olub. Ümumilikdə Konor qarışıq döyüş növləri üzrə 28 görüş keçirib, bunlardan 22-də qələbə qazanıb, 6-da isə məğlub olub. İrlandiyalı 2021-ci ilin yayında UFC-264 turnirində amerikalı Dastin Puarye ilə qarşılaşmada ayağını sındırdıqdan sonra döyüşməyib.

Shares: