Formula 1 pilotu Maks Ferstappen və onun komanda yoldaşları Ole Steinbraten və Canni Vekkio “24 saatlıq Daytona” virtual yarışının qalibi olublar. Ferstappen GTD sinfində “Team Redline”ın 69 saylı avtomobildə 1-ci olub.
Simreysinq yarışı “iRacing” oyun platformasında keçirilib. Qeyd edək ki, niderlandlı pilot əvvəllər də virtual yarışlarda qüvvəsini sınayıb. Bundan əvvəl o, kiber avtoidmanda iştirak edib.
Xatırladaq ki, Maks son mövsümdə Formula 1 üzrə dünya çempionatında vaxtından əvvəl çempion olub. Hazırda yarışlarda fasilədir. Mart ayının əvvəllərində Formula 1-in yeni mövsümünə start veriləcək.