“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Oyun gözlədiyimiz kimi ağır keçdi. “Qəbələ” xoşagəlməz vəziyyətdədir. Buna görə də onlar birinci hissədə müdafiəfə yaxşı oynadılar. Həm rəqibin, həm də bizim qol vurmaq üçün imkanlarımız var idi. Məncə, yaxşı oyun keçdi. İkinci hisssədə biz bir qol vurduq. Rəqib azlıqda qaldı, ardınca ikinci qol da gəldi. Düşünürdük ki, bu qollardan sonra oyunumuz daha rahat keçəcək. Amma əksi oldu. Nəticədə rəqibə qol vurmağa imkan yaratdıq. Sona qədər narahatlıq içində idik. Amma ən əsası qələbə qazandıq və 3 xalı əldə etdik.
Bu komandanın keyfiyyəti var. Biz hazırda bir az səbr etməliyik. 24-cü gündür ki, bu işə başlamışıq. Bir az səbr edib keyfiyyəti artırmaq mümkündür. Oyunda dərinliyi axtarmağa çalışırıq. Geriyə pas atdıqdan sonra sürətli cinah oyunçularını hücuma cəlb etmək istəyirik. Ona görə də belə uzun ötürmələr olur”.