“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş zədələnib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi millinin heyətində olarkən zədələnib.
Onun ayaq biləyində burxulma olub. Klub futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyini açıqlayıb.
Hakim Ziyeş bu mövsüm “Qalatasaray”da 14 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.