Matias Sule bu yay bir neçə real təklifi rədd edib. İstedadlı futbolçu karyerasını düşündüyü üçün maliyyə cəhətdən daha sərfəli təkliflərə “yox” deyib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Frozinone”nin idman direktoru Quido Angelozzi danışıb: “Bu transfer dönəmində “Əl İttihad” Sule üçün vazkeçilməz təklif göndərdi. Amma Matias dəvəti düşünmədən rədd etdi. O, çox ciddi bir adamdır və pulu düşünmür”.

Ərəblər Suleyə 30 milyon avro qazana biləcəyi müqavilə təklif edibmiş. Amma oyunçu klubunun fikrini dinləmədən İtaliyanı tərk etmək istəmədiyini bildirib.

20 yaşlı istedadlı argentinalı “Veles Sarsfild” yetrməsidir. “Yuventus” onu 4 il öncə 2,2 milyon avroya transfer edib. Turinlilərin əsas heyətinə düşə bilməyən yarımmüdafiəçi “Frozinone”də icarədədir. Onun “Yuventus”la müqaviləsi 2026-cı ilin yayında bitəcək.

Sule bu mövsüm 23 matçda 9 qol, 1 məhsuldar ötürmə ilə seçilib.

Shares: