İspaniya milli komandasının baş məşqçisi Serjio Skariolo psixoloji problemlər yaşayan Riki Rubionun ilk oyununu yığmada keçirmək istədiyini bildirib.

“Daim əlimdə telefonu tutub onun zəngini gözlədiyimi deyə bilmərəm. Lakin bu zəngin olacağını bilirdim. Keçən yaydan başlayaraq daim əlaqədəyik. Qayıdışdan sonra ilk oyununu millinin heyətində keçirmək istədiyini söyləmişdi. Çünki yığma komandayla onun xüsusi bağları var.

Zəng edib bütün bunları açıqlayanda çox sevindim. Ona hər şeyin birdən düzələcəyini gözləməməyi məsləhət gördüm. 2019-cu ildəki kimi MVP olmaq dərhal mümkün deyil. Hər şeyə səbrlə yanaşmaq lazımdır”, – deyə Skariolo qeyd edib.

Shares: