Portuqaliyanın “Braqa” klubunun futbolçusu Rikardo Horta Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la bu gün keçiriləcək oyunu buraxa bilər.

Futbolinfo.az “ojogo.pt” saytına istinadən xəbər verir ki, kapitan komandanın dünənki məşqində iştirak etməyib.

29 yaşlı hücumçu fiziki problemlər ucbatından kollektivdən ayrı zalda hazırlıq keçib. Ortanın ev matçında iştirakı sual altına düşüb.

Bu gün Braqada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Shares: